Sentyabr 14, 2025-7:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şuşada NexGen: Sosial İnnovasiyalar Forumu keçirilib

2024:06:05 - 13:01
in SOSİAL
A A

Şuşada “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024″ Beynəlxalq Proqramı çərçivəsində NexGen: Sosial İnnovasiyalar Forumu keçirilib.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışı zamanı Şuşanın rəmzi mənasından və gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıb: “Torpaqlarımızın azad olunmasında gənclər iştirak ediblər və buna görə Şuşanın da, gənclərin də gələcəyi uğurlu olacaq”.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərinin müşaviri Ziya Hacılı son illərdə ölkədə xeyli yeni iş yerləri açıldığını vurğulayıb: “Bu səbəbdən artıq sahibkarların üzərinə ciddi məsuliyyət düşür”. O, neft gəlirlərinin uğurlu şəkildə qeyri-neft sektorunun inkişafına yönəldildiyini söyləyib.

İslam Ölkələri üzrə Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRIC) Statistika və İnformasiya Departamentinin direktoru vəzifəsini icra edən Atilla Karaman isə Şuşada keçirilən forumun uğurla nəticələnəcəyinə ümidvar olduğunu söyləyib. O, sosial sahibkarlığın əhəmiyyəti barədə danışaraq gəncləri daim bu istiqamətdə düşünməyə, həll variantları tapmağa çağırıb.

Sonra NexGen: Sosial İnnovasiya Forumu çərçivəsində iştirakçıları praktiki bacarıq və anlayışlarla ruhlandırmaq, təchiz etmək üçün nəzərdə tutulmuş üç saatlıq proqram baş tutub. Sosial sahibkarlıq mövzusunda seminar keçirilib. Mütəxəssislərin rəhbərliyi ilə keçirilən seminarda sahibkarlıq və sosial təsirin kəsişməsi araşdırılıb, iştirakçılara öz icmalarında müsbət dəyişikliklərin aparılması üçün məlumatlar verilib.

Sessiya sual-cavabla yekunlaşıb.

Əvvəlki Yazı

İyunun 9-da iki mindən çox şəxs doktorantura və dissertantura üzrə imtahan verəcək

Növbəti Yazı

Azərbaycanın üç universiteti dünyanın ən yaxşı təhsil ocaqları sırasında yer alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.