Sentyabr 4, 2025-19:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sverdlovsk vilayətində keçirilən yarmarkada ölkəmiz yüksək səviyyədə iştirak edib

2024:08:12 - 17:33
in SİYASƏT
A A

Azərbaycan Rusiya Respublikasının Yekaterinburq şəhərindəki baş konsulluğunun təşəbbüsü, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının təşkilatçılığı və “Azərçay”ın Ural nümayəndəliyinin iştirakı ilə Sverdlovsk vilayətinin İrbit şəhərində keçirilən “2024 İrbit yarmarkası”nda ölkəmiz yüksək səviyyədə iştirak edib.

AZƏRTAC xəbər verir ki, festivalda ölkəmiz üçün ayrılan ərazidə “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatı tərəfindən 60 kvadratmetr ölçüsündə milli ornamentlərimizi və ölkəmizin şəhərlərinin adlarını (Şuşa, Xankəndi, Şirvan, Naxçıvan, Gəncə, Bakı, Lənkəran, Qazax və.s) özündə əks etdirən xüsusi çadır qurulub. Çadırın içərisi milli musiqi alətlərimizlə bəzədilib və ziyarətçilərə milli musiqimizin sədaları altında Azərbaycan mədəniyyətinin bütün çalarları, o cümlədən milli mətbəximizin müxtəlif təamları və milli şirniyyatlarımızla çay süfrəsi təqdim olunub.

Azərbaycan çadırını çoxsaylı qonaqlarla yanaşı, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Sverdlovsk vilayətinin birinci qubernatoru Eduard Rossel, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Merzlyakova, müxtəlif rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri ziyarət edərək, çadırda nümayiş olunan mədəniyyət nümunələri ilə yaxından tanış olub, milli mətbəximizin təamlarından dadıb, çay süfrəmizə qonaq olaraq ölkəmizin zəngin mədəniyyəti haqqında xoş sözlər səsləndiriblər.

Əvvəlki Yazı

Foks: Tramp 2022-ci ildə axtarışa görə 100 milyon dollar təzminat tələb edəcək

Növbəti Yazı

Turan Topalova: Reytinq siyahısında ilk onluqda olan universitetlərdə təhsil alacaq gənclərin sayı 135 nəfər müəyyən edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.