Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib.
“Avdiivka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq məqsədilə bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim. ”, – o, öz Facebook səhifəsində yazıb. (Tass)