Ukrayna Silahlı Qüvvələrinin (AFU) kiçik zabitlərinin hazırlığı kifayət qədər deyil və təkmilləşdirilməlidir. Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
“Zabitlərin hazırlığının təkmilləşdirilməsi zərurəti döyüş briqadalarının komandirləri tərəfindən də qeyd edildi” deyə o, şəxsi heyətin hazırlığı ilə bağlı görüşdən sonra Telegram kanalında yazıb.
Sırskinin sözlərinə görə, xüsusilə, taktiki zabitlərin hazırlığını yaxşılaşdırmaq, o cümlədən onların təlim müddətini artırmaq lazımdır. O əlavə edib ki, iclasda qərargah zabitlərinin müəyyən iş sahələri üzrə hazırlanması üçün ixtisasartırma kurslarının başlanması təklif olunub. (Tass)