Avropa Birliyində bəzi siyasətçilərin Ukraynada sülh danışıqlarını pozmaq cəhdləri şokedici və qəbuledilməzdir. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto İslamabadda Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə görüşdən sonra mətbuat konfransında deyib.
O, Ukrayna münaqişəsinə toxunaraq qeyd edib: “Bəzi avropalı siyasətçilərin Ukraynada sülh danışıqlarının uğurunu sarsıtmağa çalışması və orada müharibəni davam etdirmək qərarına gəlməsi şok edicidir”.
“Bütün dünyanın, o cümlədən Amerika, Asiya və Afrikanın Avropada sülhün bərqərar olmasının tərəfdarı olduğu, Avropa siyasətçilərinin isə buna qarşı hərəkətə keçməsi şok edicidir. Bu, qəbuledilməzdir və buna görə də biz avropalı siyasətçiləri ABŞ prezidenti Donald Trampın sülh səylərinə xələl gətirməməyə çağırırıq”, – Sijarto M1 televiziyası ilə yayımlanan mətbuat konfransında deyib. (Tass)