Macarıstan enerji təchizatı sahəsində Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra bildirib.
O, iclasda Rusiyaya qarşı böyük 17-ci sanksiyalar paketinin layihəsinin müzakirə edildiyini və müzakirələrdə videobağlantı vasitəsilə iştirak edən Ukraynanın xarici işlər naziri Andriy Sıbiqanın “Rusiya enerji resurslarının və nüvə sənayesinin tədarükünə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” qeyd edib. “Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub. Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyimizi açıqladıq”, – Szijjarto M1 televiziya kanalı tərəfindən yayımlanan macar jurnalistlərə müsahibəsində deyib. (Tass)