Macarıstan ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyir və təşkilatla əməkdaşlığı davam etdirib-etdirməməyi düşünür. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto deyib.
O qeyd edib ki, Trampın bu addımı “tamamilə başa düşüləndir”. “Son vaxtlar BCM qərəzli siyasi alətə çevrilib və bütün beynəlxalq məhkəmə sistemini gözdən salıb. Onun qərarları dünyanın onsuz da çətin olduğu regionlarında qeyri-müəyyənliyi daha da gücləndirib”, – XİN rəhbəri Facebook-da yazıb.
Szijarto əlavə edib ki, bununla bağlı “Macarıstan BCM ilə [bundan sonra] əməkdaşlıq məsələsini nəzərdən keçirir”. (Tass)