Macarıstan Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında iki ölkənin nümayəndələri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında baş tutan danışıqların ardınca baş tutacaq görüşün uğuruna ümid edir. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda çoxtərəfli münasibətlər, islahatlar və qlobal idarəetmənin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş iclasında deyib.
“Ukraynada münaqişənin sülh yolu ilə həllinə ümidlərimiz indi həmişəkindən daha çoxdur. Biz ABŞ və Rusiya arasında ən yüksək səviyyədə görüşlərin başlanmasını alqışlayırıq. Biz bu mövqeyi son üç ildə müdafiə etmişik. Biz açıq kommunikasiya kanallarının saxlanmasının, problemlərin diplomatik yollarla həllinin və Rusiya Federasiyası ilə təmasların davam etdirilməsinin tərəfdarıyıq”, – XİN rəhbəri bildirib.
“Biz ABŞ və Rusiyaya birbaşa danışıqlarda uğurlar arzulayırıq, ümid edirik ki, bugünkü görüş müsbət nəticələr verəcək və yaxın gələcəkdə uğurlu zirvə görüşünü gözləyirik. Yaxşı Rusiya-Amerika münasibətləri bütün dünya üçün yaxşı xəbərdir”, – Sijarto vurğulayıb.
O xatırladıb ki, Ukraynada münaqişənin başlanğıcından Macarıstan onu döyüş meydanında bitirməyin mümkünsüzlüyündən danışıb. “Yalnız danışıqlar masası arxasında həll yolu tapmaq olar. Hazırda baş verənlər bizim haqlı olduğumuzu göstərir”, – nazir qeyd edib.