Misir Qəzza zolağına əsasən tibbi məqsədlər üçün təcili humanitar yardımın ilk partiyasını çatdırıb. Bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin Sinay yarımadası üzrə bölməsi məlumat yayıb.
“Yardımın ilk partiyası 2 ton dərman və tibbi ləvazimatdan ibarətdir” –Qızıl Ayparanın Şimali Sinaydakı rəhbəri Xalid Zayed bu barədə məlumat verib. Onun sözlərinə görə, təcili yardım Fələstin Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq çatdırılıb və “Qəzza zolağının səlahiyyətlilərinə təhvil verilib”. (Tass)