Avqust 7, 2025-7:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı”na müraciət müddəti uzadılıb

2025:07:24 - 14:21
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyinin “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yeni layihəsinə müraciət müddəti uzadılıb. Layihədə iştirak etmək istəyənlər iyulun 31-i saat 18:00-dək işlərini təqdim edə bilərlər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyalara malik tələbələrin təşəbbüslərinə dəstək göstərmək və onların cəmiyyətə faydalı təkliflərini reallaşdırmaqdır.

Layihəyə müraciət etmək istəyən tələbələrdən komanda şəklində iştirak tələb olunur. Belə ki, komandalar minimum 2, maksimum 5 nəfərdən ibarət olmalıdır. Layihə üçün təqdim edilən ideyalar müəyyən meyarlara cavab verməlidir.

Təqdim edilən layihənin ideyası tam və dəqiq olmalı, məqsəd və hədəfləri düzgün göstərilməli, eləcə də sosial sahədə dövlət siyasətini tamamlamalıdır. Layihə innovativ və yaradıcı olmaqla, sosial inkişafı dəstəkləməli, sosial xidmətlərin keyfiyyətinin artırılması və inklüziv həyat şəraitinin yaxşılaşdırılması məqsədini daşımalıdır. Layihə çərçivəsində təklif olunanlar həyata keçirilmə potensialına malik olmalıdır. İdeya fərdi və ya komanda şəklində hazırlanmalı, unikallıq nümayiş etdirməlidir. Həmçinin layihənin davamlı inkişaf potensialına və dayanıqlılığına diqqət yetirilməlidir.

Uğurlu ideyalar növbəti mərhələlərə keçəcək və bu komandalar peşəkar mentorlarla işləmək şansı qazanacaqlar. Eyni zamanda, iştirakçılar ölkədə tanınmış təşkilat və qurumlarla şəbəkələşmə imkanı əldə edəcək, onlara layihələrinə görə sertifikat veriləcək və startap dəstəyi göstəriləcək.

Əlavə sualları olan tələbələr dost_projects@sosial.gov.az ünvanına müraciət edə bilərlər.

Əvvəlki Yazı

Rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün məktəb və müəllim seçiminə başlanılıb

Növbəti Yazı

MDU ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında strateji əməkdaşlıq qurulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.