Təl-Əviv Rayon Məhkəməsi Qətərin “Əl-Cəzirə” telekanalının yayımına qoyulan qadağanı və onun İsraildəki 21 ofisinin bağlanmasını daha 45 gün uzadıb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
İyunun 5-də Təl-Əviv Dairə Məhkəməsi Rabitə Nazirliyinin xüsusi əmri ilə Əl-Cəzirənin ölkədəki ofislərinin bağlandığı mayın 5-dən başlayaraq İsrail hökumətinin Qətər telekanalının ölkədə yayımını 35 gün müddətinə dayandırmaq iddiasını təmin edib. İyunun 9-da İsrailin rabitə naziri Şlomo Karhi növbəti gün müddəti başa çatan sərəncamın daha ay yarım müddətinə, yəni iyulun 25-dək uzadılması haqqında fərman imzalayıb. İyunun 13-də onun qərarını Təl-Əviv Rayon Məhkəməsi təsdiqləyib. (Tass)