İsrail ordusu Hizbullahın Beyrutdakı mərkəzi qərargahını vurduqdan sonra Təl-Əvivdəki bütün bomba sığınacaqları açıqdır. Bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.
“Livanda baş verən son hadisələrlə əlaqədar olaraq, bələdiyyə təhlükəsizlik vəziyyətinin inkişafını diqqətlə izləyir və [İsrail] Daxili Cəbhə Administrasiyası ilə daimi əlaqə saxlayır. Bütün ictimai bomba sığınacaqları açıqdır”, – bəyanatda deyilir. (Tass)