İsrail polisi Təl-Əvivin mərkəzində qeyri-qanuni hökumət əleyhinə nümayişin 5 iştirakçısını ictimai asayişi pozduqları üçün həbs etdiyini açıqlayıb.
“Təl-Əvivdə Müdafiə Nazirliyi kompleksi yaxınlığında iğtişaş törədən beş nəfər həbs edilib”, – deyə polisin mətbuat xidməti məlumat yayıb. “Kaplan küçəsində başlayan iğtişaşlardan sonra bir neçə etirazçı polisin əmrinə tabe olmaqdan imtina edərək nəqliyyatın hərəkətini bağlayıb və yolun kənarında oturub.
Polis zabiti nümayişin qanunsuz olduğunu bildirib və aksiyanın dağıdılması barədə göstəriş verib, pozuculara təxliyə üçün ağlabatan vaxt verib”, – deyə idarədən bildiriblər: “Asayişin davamlı pozulması ilə əlaqədar olaraq polis nümayişçilərin ərazidən çıxarılması üçün tədbirlər görməyə məcbur olub”, – mətbuat xidməti əlavə edib.
Times of Israel xəbər verir ki, polis Kaplan küçəsində etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Etirazçılar hökuməti istefaya çağıraraq, baş nazir Benyamin Netanyahunu təhlükəsizlik böhranında günahlandırıblar. (Tass)