İyul 20, 2025-17:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş olunacaq

2025:07:17 - 12:22
in MƏDƏNİYYƏT
A A

Kinotənqidçi, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” adlı qısametrajlı bədii debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” bölməsində nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, film yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.

İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.

Filmin ssenaristi və quruluşçu rejissoru Hacı Səfərov, prodüserləri Emil Nəcəfov, Hacı Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, Pərviz Bayramquliyev, Gülnar Rəhimzadə, bəstəkarı Nigar Süleyman, montajçıları Mirzəli Əlizadə, Mətləb Muxtarov, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır. Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.

Film, “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib. Azərbaycan Kinematoqrafçılar İttifaqı filmin çəkilişlərinə maliyyə dəstəyi ayırıb. Filmin ərsəyə gəlməsinə “Ultra Production” və “Düymə” Agentliyi dəstək göstərib.

Əvvəlki Yazı

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

Növbəti Yazı

NATO Ukraynadakı münaqişə bitdikdən sonra da Rusiyanı təhlükə hesab etməyə davam edəcəyini bildirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.