İyun 19, 2025-19:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 300 üzvü treninqlərə cəlb edilib

2025:01:23 - 14:53
in SİYASƏT
A A

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlərə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin 50 məntəqəsi üzrə, ümumilikdə, aşağı seçki komissiyalarının 300 üzvü cəlb edilib.

Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” təlim kurslarında iştirak etmiş Zaur Kərimov və Qalib Cavadov tərəfindən aparılır. Gün ərzində iki dəfə olmaqla, keçirilən treninqlərdə iştirakçılara slaydların köməyi ilə seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Treninqlər yanvarın 24-də başa çatacaq.

Qeyd edək ki, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri 50 məntəqədə keçiriləcək. Məntəqələrin 4-ü Goranboy, 46-sı isə Tərtər rayonu ərazisində yerləşir. Dairə üzrə 8 bələdiyyəyə, ümumilikdə, 94 üzv seçiləcək. Qeydə alınan namizədlərin sayı 185 nəfərdir.

Əvvəlki Yazı

Bugünkü valyuta hərracında tələb 52,5 milyon dollar təşkil edib

Növbəti Yazı

MSK sədri: Bələdiyyə seçkiləri Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurur 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.