İyun 18, 2025-18:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə iki məntəqə işğaldan azad edilmiş ərazidə yerləşir

2024:08:29 - 12:07
in SİYASƏT
A A

Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir. 49 saylı məntəqə Ağdərə rayonu Suqovuşan qəsəbə tam orta məktəbin, 50 saylı məntəqə isə Ağdərə şəhər mədəniyyət evinin binasında təşkil edilib.Bunu AZƏRTAC-ın bölgə müxbirinə Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev deyib.Komissiya sədri bildirib ki, dairə üzrə 49 min 185 seçici qeydə alınıb. Onlardan 506 nəfəri ilk dəfə seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1116 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır.H.Mehdiyev qeyd edib ki, dairə və məntəqə seçki komissiyalarında sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Məntəqələrin 9-da veb-kamera quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanılması yekunlaşıb.Dairə üzrə 6 nəfər deputatlığa namizəd qeydə alınıb. Seçkilərin gedişini izləmək üçün 887 nəfər müşahidəçi qeydiyyatdan keçib.

 

Əvvəlki Yazı

BDU-da təkrar ali təhsil almaq istəyənlərin sənəd qəbulu prosesi başa çatır

Növbəti Yazı

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.