Tərtər rayonunun pambıqçıları çiyid səpinini davam etdirirlər. Artıq qısa vaxtda 1180 hektar sahədə səpin həyata keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin pambıq mövsümü üçün Tərtər rayonunda 1983 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC tərəfindən bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.Qeyd edək ki, ötən il Tərtər rayonunda 2242,1 hektar sahədə pambıq becərilib, 6314,9 ton məhsul istehsal olunub.