Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında bayram şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minlərlə tərtərli şəhərin mərkəzi meydanda quraşdırılmış monitorda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikini dinləyiblər.
Sonra rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.