May 9, 2025-2:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Təsərrüfat rəhbəri: Suqovuşanda qırqovulların təbii şəraitdə artırılmasını planlaşdırırıq

2024:08:21 - 13:27
in İQTİSADİYYAT
A A
1 / 6

Son illərdə respublikamızda ənənəvi quşçuluq təsərrüfatları ilə yanaşı, ekzotik quşçuluq təsərrüfatlarının sayı da artmaqdadır. Belə təsərrüfatlardan biri də Bərdə rayonunun Əyricə kəndi ərazisində fəaliyyət göstərir. Burada qırqovulun bir neçə növü, həmçinin kəklik, turac, bildirçin kimi çöl quşları yetişdirilir.Təsərrüfatın rəhbəri Fərid Nəcəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ildən fəaliyyət göstərən təsərrüfatda 500-ə yaxın quş saxlanılır: “Təsərrüfatımızda əsas üstünlüyü qırqovullar təşkil edir. Əsasən “Qafqaz”, “Almaz”, “Qızılı” və “Gümüşü” qırqovullar yetişdiririk. Quşların çoxaldılması inkubatorlar vasitəsilə həyata keçirilir”.Söhbət zamanı məlum olur ki, qırqovullar 24 gün ərzində yumurtadan çıxır, 40-50 günə yetişkin dövrə çatır. İnqibatorlar vasitəsilə bir ildə 400-500 bala alınır.

Təsərrüfatdakı qırqovullar ilk 5-6 gün yumurta sarısı ilə mayalanır, növbəti 15-20 gün qara un, şəkər yemi, yumurta qarışığı ilə, növbəti 20 gündə isə qarğıdalı, buğda ilə qidalanır. Yetişkin dövrə çatmış qırqovul 25-40 manata satılır.Fərid Nəcəfov gələcəkdə qırqovulların işğaldan azad olunmuş ərazilərdə təbii şəraitdə artırılması ilə bağlı layihə həyata keçirməyi nəzərdə tutduğunu deyir.“Qırqovullar həşəratlarla qidalanaraq, yaşadıqları ərazidə yaşıl sahələrin qorunmasına kömək edir. Qırqovullar özləri də müxtəlif yırtıcı heyvanların və quşların yemidir. Biz ekologiyanın yaxşılaşdırılması və biomüxtəlifliyin artması üçün işğaldan azad edilmiş torpaqlarımızda, xüsusən də Suqovuşan ərazisində qırqovulların təbii şəraitdə artırılmasını planlaşdırırıq. Bu layihənin həyata keçirilməsi ilə bölgədə biomüxtəlifliyin artırılmasına və turizmin inkişafına töhfə vermiş olarıq”, – deyə o bildirib.

Əvvəlki Yazı

Azərbaycanda keçiriləcək COP29 – iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ – RƏY

Növbəti Yazı

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi bu günədək istehsalçılardan 1334 ton yaş tütün qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.