İyun 16, 2025-7:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Təzəpir məscidinin imamı: Ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil

2024:06:16 - 12:37
in GÜNDƏM, SOSİAL
A A

“Bəzi ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil”.

“Report” xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:

“İbrahim peyğəmbər övladını Allah yolunda Qurban vermək istədiyi üçün böyük imtahandan keçdi. Allah ona qurban üçün qoyun göndərdi. Bu bayram artıq dünya səviyyəsində qeyd edilir və onun ən gözəl tərəfi odur ki, insanlar Həcc ziyarətinə gedirlər. İstər bizim ölkədə, istərsə də digər ölkələrdə insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər – bir hissəsi özünə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir”.

Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında “satışda qurban əti var” adı ilə vurulan elanlara münasibət bildirib. O deyib ki, qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil:

“Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, o qoyunu kəsəndən sonra ətini satırlar. Bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman, buna məcbur deyil”.

Əvvəlki Yazı

İsrail ordusu Qəzzanın cənubundakı taktiki fasilənin döyüşlərin tam dayandırılması demək olmadığını bildirib

Növbəti Yazı

Bakıda Təzəpir məscidində bayram namazı qılınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.