Keçən həftə başa çatan BRİKS sammiti göstərir ki, bu assosiasiya bir çox ölkələr üçün “ABŞ tərəfindən təşviq edilən qlobal idarəetmənin birqütblü modelinə artan çoxqütblü alternativi – getdikcə daha cəlbedici olan alternativi təmsil edir”. Bu fikri köşə yazarı Ted Snayder The American Conservative (TAC) jurnalı üçün yazdığı məqalədə qeyd edib.
O yazır: “Çin, Rusiya və digər qeyri-Qərb ölkələri ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına uyğun alternativ yaradır. Köşə yazarının fikrincə, ABŞ prezidenti Donald Trampın tarif təhdidlərinin bir çoxu, o cümlədən BRİKS və qrupa qoşulmaq istəyən ölkələrə yönəlmiş təhdidlər “açıqcası ABŞ hegemonluğunu qorumaq və yaranan çoxqütblülük qarşısında maneələr yaratmaq məqsədi daşıyırdı”.
“Lakin onlar əks effekt verdi, ölkələri BRİKS ilə daha sıx əməkdaşlığa sövq etdi və onun üzv dövlətləri arasında ticarəti, o cümlədən ABŞ dolları əvəzinə milli valyutalarda hesablaşmaları artırdı”, – nəşr yazır.
İyulun 6-sı və 7-də Rio-de-Janeyroda BRİKS sammiti keçirilib. Qrupun üzvləri və tərəfdaş dövlətlərlə yanaşı, Meksika, Türkiyə, Uruqvay və Çili də daxil olmaqla, digər ölkələr iştirak ediblər. Əsas müzakirə mövzuları səhiyyə, ticarət, investisiya, maliyyə, iqlim dəyişikliyi, süni intellektin idarə olunması, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi olub. (Tass)