Tacikistan-Özbəkistan birgə demarkasiya komissiyasının işçi qrupları ümumi dövlət sərhədinin nişanlanması prosesini müzakirə ediblər. Tacikistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş aprelin 29-dan mayın 4-dək Düşənbədə baş tutub.
Onun sözlərinə görə, iki ölkənin nümayəndələri demarkasiya işlərinin gedişini müzakirə edib və “Tacikistan-Özbəkistan sərhədinin demarkasiya xətti layihəsi üzrə qarşılıqlı razılaşdırılmış təkliflər” hazırlayıblar. Ənənəvi olaraq müttəfiqlik ruhunda keçən görüş tədbirin sonunda müvafiq protokol imzalanıb. Növbəti görüşün də Tacikistanda keçirilməsi planlaşdırılır. (Tass)
Tacikistan-Özbəkistan sərhədinin uzunluğu 1,3 min km-dən çoxdur. Hər iki ölkənin vətəndaşları üçün 30 günə qədər viza rejimi ləğv edilib. 2021-ci ilin yanvarında Düşənbə və Daşkənd arasında koronavirus pandemiyası səbəbindən dayandırılmış müntəzəm reyslər bərpa edilib.