Tacikistan və Qırğızıstanın hökumət nümayəndə heyətləri ümumi dövlət sərhədinin mübahisəli hissələrinin delimitasiyası ilə bağlı prinsipial razılıq əldə ediblər. Bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) sədri Saimumin Yatimov qırğızıstanlı həmkarı Kamçıbek Taşiyevlə danışıqların növbəti raundunun yekunlarına əsasən bildirib.
“Biz Kamçıbek Taşiyevlə çox vacib məqamları müzakirə etdik, həqiqətən də həyati əhəmiyyət kəsb edən, bunlar Kulunduk, Maksat, Arka, Xistevərz yolunun istiqamətləridir. Bu məsələlərlə bağlı fundamental razılıq əldə olundu, protokol layihəsi hazırladıq. Bu məsələdə bütün tərəflər tam razıdır”, – Yətimov ASIA-Plus agentliyinin yaydığı videoda bildirib . “Dövlət başçılarımızın qarşımıza qoyduğu vəzifələr bundan sonra da inamla, prinsipial, qarşılıqlı faydalı əsaslarla öz həllini tapmaqdadır”, – deyə MTN sədri əlavə edib.
“Bu, təxminən 15 km ərazidir, biz artıq prinsipcə razılaşmışıq, indi bütün razılaşdırılmış sərhədləri təsvir etmək bizim komissiyalarımıza qalır. Biz danışıqlarımızın nəticəsindən razıyıq”, – Taşiyev vurğulayıb. (Tass)