Tacikistanda qadağan olunmuş “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının 20-dən çox üzvü respublikada Novruz bayramı ərəfəsində insanların zəhərlənməsi ilə terror aktı hazırladıqlarına görə saxlanılıb. Bu barədə respublikanın baş prokuroru Yusuf Rəhmon mətbuat konfransında məlumat verib.
“Novruz bayramı ərəfəsində bir qrup insanın planlaşdırılan zəhərlənməsinin qarşısı alınıb, İŞİD terror təşkilatının üzvü olan 20-dən çox şəxs saxlanılıb”.
Baş prokuror qeyd edib ki, “onların cinayət işləri hazırda məhkəmədə gedir”. “İstintaq zamanı onların digər terror təşkilatları ilə əlaqələri barədə [məlumat] tam nəzərdən keçirilib və qərarlar qəbul edilib”, – o bildirib. (Tass)