İyun 19, 2025-10:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tahir Budaqov: Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir

2025:05:05 - 14:48
in SOSİAL
A A

Bir neçə gündən sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edəcəyik. Bununla bağlı ölkə üzrə silsilə tədbirlər davam edir. Bizim ən qabaqcıl təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində – Ümummilli Liderin məzunu olduğu universitetdə də belə silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə müsahibəsində söyləyib.

Sədr müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir və müasir müstəqil Azərbaycan məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hələ sovet dövründə əsasını qoyduğu strategiya Azərbaycanın sonrakı illərdə müstəqil dövlət kimi inkişaf etməsində böyük rol oynayıb. Lakin hakimiyyətə qayıdışı dövründən sonra Heydər Əliyev müstəqil Azərbaycanın regionda lider dövlətə çevrilməsi, beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasında da mühüm rol oynayıb.

“Ulu Öndərin zəngin dövlətçilik irsi hesabına onun xarizmatik bir lider olaraq dünyada ən qabaqcıl ölkə liderləri arasında şəxsi nüfuzuna görə Azərbaycan özünə layiq yer tutub. Ən əsası isə Ulu Öndərin bizə miras qoyduğu bütün irsin Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi, müasir çağırışlara, dövrün tələblərinə uyğun həyata keçirilməsi nəticəsində Azərbaycan artıq nəinki regionda lider dövlətə, həmçinin onun sərhədlərindən uzaqlarda – böyük bir coğrafiyanı əhatə edən bir məkanda söz sahibinə çevrilib. Bundan sonra da müstəqil respublikamız suveren dövlət olaraq daha böyük zirvələrə imza atacaq”, – deyə Tahir Budaqov bildirib.

Əvvəlki Yazı

Elçin Babayev: Heydər Əliyev Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunudur və biz bununla fəxr edirik

Növbəti Yazı

Professor Mahirə Hüseynova BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.