İyun 17, 2025-21:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Tahir Mirkişili: “Azərbaycanın kredit reytinqinin yüksəldilməsi gözlənilən idi”

2024:08:02 - 13:54
in İQTİSADİYYAT
A A

“Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltməsi gözlənilən idi.

Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Ölkəmizin kredit reytinqinin yüksəldilməsini xüsusilə regiondakı mövcud geosiyasi qeyri-müəyyənliklər və mümkün risklər şəraitində müsbət qiymətləndiririk. Mən əminəm ki, Agentliyin bu cür qiymətləndirilməsi, Azərbaycan iqtisadiyyatındakı gedən müsbət dəyişikliklərə uyğundur. Reytinqin yüksəldilməsinin əsasını son dərəcə ehtiyatlı və çevik makroiqtisadi siyasət təşkil edir. Bu cür makroiqtisadiyyat da öz növbəsində qeyri-sabit dünyada manevr üçün yeni imkanların yaradılmasına və mövcud imkanların qorunub saxlanmasına kömək edir”, – deyə o qeyd edib.

“Reytinqə bütün aspektlər üzrə (iqtisadi artım, borc, xarici maliyyə, bank sektoru, inflyasiya, pul siyasəti) nəzər salsaq görərik ki, onun saxlanmasına şərait yaradan əsas amillər aşağı və nisbətən sabit inflyasiya, qeyri-neft sektorunun inkişafı, ehtiyatlar, aşağı dövlət borcudur. İllik infıyasiyanın hədəflənən göstəricidən aşağı olduğu, iqtisadi artımın isə sürətləndiyi şəraitdə inkişafa əminlik daha da güclənməkdədir. Agentliyin proqnozlarına görə Azərbaycanda iqtisadi artımın 3,2 %-ə qədər bərpa olunacağı, 2025-ci ildə artımın 2,7 %, 2026-cı ildə isə 2,3 % olacağı gözlənilir. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozda isə 2024-cü ildə iqtisadi artımın 3,8 %-ə qədər sürətlənəcəyi qeyd olunur”, – deyə T.Mirkişili əlavə edib.

Əvvəlki Yazı

Borrell avqustun 2-də Qırğızıstana gələcək

Növbəti Yazı

Polşa Almaniyanın təzminat ödəmək üçün getdikcə daha az vaxtının olduğunu bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.