Azərbaycanda bir insanın əmək qabiliyyətinin tam itirməsi ölkə iqtisadiyyatına 3 milyon manat zərər vurur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin Aqrar siyasət komitəsinin iclasında – “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” movzusunda keçirilən ictimai dinləmələrdə bildirib.
“Bir insanın əmək qabiliyyətini qismən itirməsi isə iqtisadiyyata 1 milyon manat ziyan vurur”, – deyə o əlavə edib.