Tailandın BRİKS-ə daxil olması dünya nizamında rolu güclənən qlobal Cənub ölkələrinin maraqlarını təmsil edən assosiasiyaya qoşulmaq deməkdir. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqkun brifinqdə bildirib.
“Tayland üçün BRİKS-ə üzvlük dünyada əhəmiyyəti durmadan artan qlobal Cənubun maraqlarını ifadə edən birliyə qoşulmaq deməkdir” dedi. “BRICS sürətlə inkişaf edən iqtisadiyyatları olan və əhəmiyyətli təbii sərvətlərə və təsirə malik ölkələrin birliyidir”.
Mayın 28-də Tailand hökuməti ölkənin BRİKS-ə üzv olması ilə bağlı niyyət məktubu layihəsini tesdiqləyib . Hökumətin iclasının iştirakçıları belə qənaətə gəliblər ki, assosiasiyaya qoşulmaq Tailandın beynəlxalq arenada rolunun artırılmasına kömək edəcək, həmçinin yeni dünya düzəninin yaradılmasında iştirak imkanlarını genişləndirəcək. Bununla bağlı hökumət sözçüsü Çai Vaçaronq bildirib ki, Tailand oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
(Tass)