Taylandın kralı Maha Vajiralonqkorn (Rama X) Phua Tay Partiyasının lideri, baş nazir Fetonq Than Şinavatranın rəhbərlik etdiyi yeni hökumətin tərkibində and içib. Mərasim Banqkokun mərkəzindəki Dusit saray kompleksinin ərazisindəki kral iqamətgahı Amphon Sathanın taxt otağında baş tutub. Bu barədə Matichon qəzeti məlumat yayıb.
“Bu gün baş nazir və hökumət üzvləri ilə görüşmək fürsətindən məmnunam və ən xoş arzularımı bildirmək istərdim və ümid edirəm ki, kabinet [üzvlərinin] andına uyğun olaraq ölkənin və xalqının rifahı naminə öz vəzifələrini yerinə yetirmək üçün qərar verəcək, – Rama X bildirib.
Parlamentin aşağı palatasının sədri Van Muhamad Nor Matha sentyabrın 9-da kabinet üzvləri, koalisiya partiyaları və müxalifətlə görüşərək hökumətin öz siyasət bəyanatını verəcəyi tarixləri müzakirə edəcək. Manifestin sentyabrın 12-də dərc ediləcəyi və sentyabrın 13-də müzakirəyə çıxarılacağı gözlənilir. Bu prosedur başa çatdıqdan sonra yeni hökumətə tam icra səlahiyyətləri veriləcək.