Kambocanın baş naziri Hun Manet bildirib ki, Tailand və Kamboca arasındakı münaqişə nəticəsində hər iki tərəfdən 300 minə yaxın insan qaçqın düşüb.
“Döyüşlər nəticəsində çoxlu sayda ölən və yaralanan var. Ümumilikdə hər iki tərəfdən 300 minə yaxın qaçqın var. Kamboca tərəfində 140 min, Tailand tərəfdə isə daha 160 min qaçqın var”, – o, Kuala-Lumpurda danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. (Tass)