• 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası, iqlim dəyişikliyi ilə bağlı risklərin səmərəli şəkildə müəyyənləşdirilməsi, monitorinqi və idarə olunması, maliyyə sistemin sabitliyinin təmin edilməsi məqsədilə yönəlmiş müfəssəl fəaliyyət planını müəyyən edir.
AMB-nin sədri hesab edir ki, iqlim maliyyəsi, strateji çərçivə və fəaliyyət planları bir neçə nəticə verəcək:
• “Yaşıl maliyyə” üçün məlumatlar, təriflər və qaydaları əhatə edən funksional ekosistem;
• Maliyyə qurumlarının biznes modellərinin və strategiyalarının dayanıqlı və “yaşıl maliyyə”yə doğru transformasiyası;
• NDC-lərə uyğun keçid planlarını həyata keçirməyə başlayan maliyyə institutları.
“İqlim və biomüxtəlifliyin itkisi riskləri fiziki zərər və siyasi tədbirlərdən və dəyişən bazar üstünlüklərindən yaranan risklər vasitəsilə maliyyə sabitliyinə təhlükə yaradır. Risklər maliyyə qurumları üçün kredit, sığorta, bazar və əməliyyat risklərini artırır ki, bu da öz növbəsində sistemli təhdidlərə və ya nüfuz və hüquqi öhdəliklərə səbəb ola bilər. Maliyyə qurumları tərəfindən yaxşı risk idarəetməsi – stress testləri, ssenari təhlili, keçid planlaşdırması və məlumatların açıqlanması daxil olmaqla – bu riskləri azaltmaq və iqtisadi dayanıqlılığı və davamlılığı artırmaq üçün vacibdir”, – T. Kazımov vurğulayıb.