Taliban İslamabadın qonşu ölkədən gələn terror təhlükələri ilə bağlı artan narahatlığına cavab olaraq tədbir görməsə, Pakistan Əfqanıstanla “bütün müqavilələri” ləğv edəcək. Dawn qəzeti xəbər verir ki , bunu Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq İslamabadda Siyasət Araşdırmaları İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib .
“Pakistan Talibanı bizim üçün bir çağırışdır, böyük bir çağırışdır. Buna dözmək olmaz, çünki balaca uşaqlarımız hər gün öldürülür. Bəzi bölgələrdə hücumlarda ölüm halları adi bir hadisəyə çevrilib. Buna məhəl qoymamaq da bir növ cinayətdir”, – Sadiq deyib. “Əfqanıstan bu məsələdə bizimlə işləməli olacaq. Əgər əməkdaşlıq etməsələr, bütün sövdələşmələr ləğv ediləcək. Heç bir məsələdə əlavə irəliləyiş olmayacaq”. (Tass)