May 12, 2025-12:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Tanınmış bəstəkar məktəblilərlə musiqidən danışdı 25.10.2023 [16:

2023:10:25 - 17:00
in MƏDƏNİYYƏT
A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə…” layihəsinin növbəti qonağı Xalq artisti, bəstəkar Faiq Sücəddinov olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti görüşü paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilib. Qonaq məktəb xatirələrindən, kiçik yaşlarından musiqiyə olan marağından söz açıb, musiqi zövqünü formalaşdıran amillərdən, digər sənət növləri ilə müqayisədə musiqinin insan həyatına, onun mənəvi tərbiyəsinə təsirindən, vətənpərvərlik mövzularında mahnıların insanlarda yaratdığı ruh yüksəkliyindən danışıb.

Bir çox mahnılarının yaranma tarixçəsi haqqında danışan F.Sücəddinov Vətən müharibəsində qazanılan tarixi Zəfərdən ilhamlanaraq yaratdığı əsərlərdən bəhs edib. Bəstəkar yazılan mahnıların əbədiyaşarlıq qazanmasına təsir edən amillərdən, uşaqlar üçün yazılan mahnıların onların incəsənət bacarıqlarının inkişafına göstərdiyi təsirlərdən, bugünkü gənclərin musiqi zövqündən söz açıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib.

Qonaq piano arxasına keçərək mahnılar ifa edib, musiqi alətlərində ifa bacarığına yiyələnməyin üsulları haqqında maraqlı fikirlər bildirib. Məktəbin VI sinif şagirdi Aslan Əliyevin bəstəkarın müşayiəti ilə ifa etdiyi mahnı alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Əvvəlki Yazı

Azərbaycan Hindistanla nəqliyyat və turizm əməkdaşlığını genişləndirə bilər

Növbəti Yazı

Bakıda Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.