İyul 2, 2025-10:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır

2025:01:14 - 12:55
in İQTİSADİYYAT
A A

Trans-Adriatik qaz kəmərinin (TAP) operatoru olan “TAP AG” boru kəməri şirkəti qaz nəqli sisteminin hidrogen qarışığının tədarükünə hazırlığı ilə bağlı araşdırmaların yeni mərhələsinə başlayıb.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

“Məqsədimiz hidrogen nəqlinə imkan verən infrastruktur yaratmaqdır. TAP təbii qaz qarışıqlı hidrogen kimi karbon neytral enerji mənbələrini Aİ-yə tədarük etmək potensialına malikdir. Biz orta və uzunmüddətli perspektivdə təbii qaz, hidrogen, həmçinin bərpa olunan qaz qarışıqlarının nəqlinə hazırlıq üçün yol xəritəsini müəyyənləşdirmişik”, – “TAP AG”dən bildirilib.

Şirkət xatırladıb ki, 2021-ci ildə aparılan ilkin araşdırma nəticəsində TAP-ın gələcəkdə hidrogen qarışığını nəql etmək qabiliyyəti təsdiqlənib.

“Hazırda biz beynəlxalq laboratoriyada boru kəməri materiallarının sınaqlarını aparırıq. 2024-cü ilin dördüncü rübündə aparılan ilk sınaqların nəticələrinin qiymətləndirilməsi davam edir. Növbəti sınaqlar artıq başlayıb və onların nəticələri 2025-ci ildə gözlənilir. Sınaqlar başa çatdıqdan sonra nəticələr hərtərəfli qiymətləndiriləcək”, – şirkətdən bildirilib.

Bundan başqa, “TAP AG” TAP qaz kəmərinin digər avadanlıqlarının, xüsusilə yerüstü qurğuların hidrogen nəqli üçün yararlılığının təhlilinin vacibliyini vurğulayıb.

“Bu nəticələr nəzərə alınmalıdır. Yalnız bu qiymətləndirmələr başa çatdıqdan sonra TAP-ın hidrogen nəqlinə hazırlığını daha dəqiq başa düşmək mümkün olacaq”, – şirkətdən bildirilib.

“TAP AG” bu tədqiqatların aparılması üçün enerji sektorunda ixtisaslaşmış beynəlxalq konsaltinq şirkəti olan “Penspen”i cəlb edib.

Müqavilə çərçivəsində “Penspen” şirkətinin mühəndis qrupu “TAP AG”nin yerüstü qurğularının, bağlayıcı klapanlarının və kompressor stansiyalarının hərtərəfli təhlilini həyata keçirəcək. Tədqiqatın məqsədi qaz kəmərinin mövcud infrastrukturunda hidrogen qarışıqlarından istifadənin məqsədəuyğunluğunu müəyyən etməkdir.

Xatıqladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir

İtaliya, Yunanıstan və Bolqarıstana TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Əvvəlki Yazı

Baş Prokuror: Azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb

Növbəti Yazı

Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.