Mart qırğınları zamanı – 1918-ci ildə ən çox itki verən Şamaxı qəzasının Abdulyan məntəqəsindəki (indiki Hacıqabul rayonu) güllələnmiş qəbirlər hələ də qalıb.
Bu barədə “Report”un Aran bürosuna tarixçi-tədqiqatçı Mübariz Xəlilov danışıb.

“Onlar iriçapılı silahlardan istifadə edib. Quldurlar kəndə od vurub yandırıblar. Əliyalın yerli sakinlərə olmazın işgəncələr verib onları qətlə yetiriblər. Kənd qəbiristanlığına pənah gətirən əhaliyə divan tutublar. Onları öldürməklə yanaşı, qəbiristanlıqda başdaşlarını dağıdaraq məhv ediblər”.
Tarixçi o vaxtdan 107 il keçməsinə baxmayaraq, güllə yarası alan bəzi başdaşıların hələ də qaldığını deyib.
Tarixi mənbələrə görə, təkcə Navahı kəndində 555 nəfər kişi, 260 nəfər qadın, 140 nəfər uşaq olmaqla 955 nəfər dinc sakin qətliamın qurbanı olub.
Qeyd edək ki, mart qırğınında rayonun Navahı kəndi ilə yanaşı 12 yaşayış məntəqəsi yandırılaraq məhv edilib, 2 minə nəfərə yaxın sakin isə amansızcasına qətlə yetirilib.