Avqust 23, 2025-22:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tarixi Zəfərimiz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir

2023:11:09 - 10:00
in SİYASƏT
A A

İmişlidə 8 Noyabr – Zəfər Günü ilə bağlı “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilərlə yanaşı, İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi böyük ehtiramla yad edilib.

Tədbir İmişli Rayon Heydər Əliyev Mərkəzində rəsmi hissə ilə davam edib. Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan icra başçısı 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək bayram münasibətilə təbriklərini çatdırıb. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açılıb, Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda ərazi bütövlüyümüzün tam bərpasının böyük rəmzi məna daşıdığı diqqətə çatdırılıb.

Çıxış edən digər natiqlər, şəhid ailələrinin üzvləri və qazilər Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər.

Tədbirin bədii hissəsi İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında mədəniyyət və incəsənət işçilərinin ifalarında davam etdirilərək bir-birindən maraqlı kompozisiyalar nümayiş olunub.

Əvvəlki Yazı

Zəfər Günü Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində də qeyd edilib

Növbəti Yazı

Zəfər Günü Xaçmazda böyük coşqu ilə qeyd olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.