İran ABŞ-ın təklif etdiyi 15 maddəlik plana rəsmi cavab göndərib. Bu barədə Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tehran cavab olaraq əks tələblər irəli sürüb. Bu tələblərə Amerika-İsrail təcavüzünün tamamilə dayandırılması, dəymiş ziyanın ödənilməsi və Hörmüz boğazı üzərində İranın tam nəzarəti daxildir.
