İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələri arasında üçtərəfli görüş keçirilib, danışıqların əsas mövzusu İranın nüvə proqramı ətrafında böhranın həlli olub, Tasnim agentliyi xəbər verir.
Onun sözlərinə görə, tərəflər məsləhətləşmələri davam etdirmək və İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün öz hərəkətlərini əlaqələndirmək barədə razılığa gəliblər. Görüşlərin “müxtəlif səviyyələrdə qarşıdakı həftələrdə” davam edəcəyi qeyd edilir. (Tass)