Avropa İttifaqının xarici işlər nazirləri avqustun 29-30-da Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər. Bu barədə TASS-a Brüsseldəki diplomatik nümayəndəliklərdən birindəki mənbə məlumat verib.
“Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin ətraflı müzakirəsi avqustun 29-30-da Kopenhagendə baş tutacaq, burada növbəti “Gymnich” (Aİ xarici işlər nazirlərinin ildə iki dəfə keçirilən qeyri-rəsmi görüşləri formatı ) keçiriləcək”, – diplomat qeyd edib.