Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla cümə axşamı Yohannesburqda keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli danışıqlar aparacağını gözləyir. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Xarici işlər naziri Hakan Fidan G20 xarici işlər nazirlərinin iclası çərçivəsində fevralın 20-də MİKTA xarici işlər nazirlərinin (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) 27-ci iclasında iştirak edəcək. Nazirin bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi ilə ikitərəfli görüşləri nəzərdə tutulub”, – mənbə bildirib. (Tass)