Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Ukraynada nizamlanmanı müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
“Nazirlər arasında telefon danışığı bu gün, avqustun 7-də baş tutub. Rusiya və Ukrayna arasında danışıqlarda vəziyyət müzakirə olunub”, – mənbələr qeyd ediblər.