Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi günü region ölkələrindən olan həmkarları ilə bir sıra telefon danışıqları apararaq ABŞ və İsrail arasında İranla münaqişənin həlli variantlarını müzakirə edib. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Mənbə bildirib ki, “xarici işlər naziri Hakan Fidan martın 23-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Pakistanın xarici işlər naziri İshaq Dar və Misirin xarici işlər naziri Bədr Əbdül Atta ilə telefon danışıqları aparıb. Söhbətlər zamanı tərəflər müharibənin sona çatması üçün davam edən səyləri, eləcə də bölgədəki hazırkı vəziyyəti müzakirə ediblər”.
O əlavə edib ki, Fidan eyni mövzuları Norveç xarici işlər naziri Espen Bart Eide ilə telefonla müzakirə edib. (Tass)
