Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefonda Ukraynadakı nizamlanmanı müzakirə edib. Bu barədə TASS-a Türkiyə nazirliyindəki mənbələr məlumat verib.
“Söhbət zamanı Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq səyləri müzakirə olunub”, – mənbələr qeyd ediblər.
Onların sözlərinə görə, Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.