Türkiyənin xarici işlər naziri Hakan Fidan və BMT-nin baş katibi Antonio Quterreş Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində Ukrayna münaqişəsinin nizamlanması, Qəzza zolağı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr TASS-a bildiriblər.
“Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Qəzza zolağında baş verənlər, Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti və Kipr problemi müzakirə edilib”, – mənbələr təfərrüatları açıqlamadan qeyd ediblər.
Fidan BRİKS sammitində Türkiyəni təmsil edib. (Tass)