İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr şiə təşkilatı Hizbullahla əlaqəli olan Əl-Qard əl-Həsən kredit və maliyyə assosiasiyasının Beyrut ofislərinə hədəfli zərbələr endirib. Bu barədə TASS-a mülki müdafiə xidmətindəki mənbə bildirib.
Mənbə bildirib ki, “Bu maliyyə qurumlarının yerləşdiyi 11 yerə raketlər atılıb. Tələfat və ya xəsarət alanlar barədə məlumat yoxdur, çünki İsrail ordusunun xəbərdarlığından sonra sakinlər əvvəlcədən təhlükəli ərazilərdən təxliyə ediliblər.”
Onun sözlərinə görə, partlayışlar barədə məlumatlar Bir Abed, Qobeyri, Leylaki, San Terez, Haret Horeik, Şiyəh və Burc əl-Barajneh ətrafı məhəllələrindən daxil olub. Mənbə qeyd edib ki, “Sfeyr məhəlləsində xristian kilsəsinin yanında yerləşən binada yerləşən Əl-Qard əl-Həsən ofisinə zərbə endirilib və ofisə ziyan dəyib”.
