Pakistan Hindistanla artan gərginliyə görə BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Bu barədə TASS müxbirinə Təhlükəsizlik Şurasındakı diplomatik mənbə bildirib.
“Pakistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edir. Tarix hələ müəyyən edilməyib”, – agentliyin mənbəsi münaqişənin kəskinləşməsi fonunda İslamabadın gələcək hərəkətləri ilə bağlı sualı cavablandırarkən deyib.