Rusiya ilə Ukrayna arasında daha bir paritet əsir mübadiləsi baş tutub və iki Kursk sakini də Rusiya tərəfinə qaytarılıb. Bu barədə TASS-a Rusiya danışıqlar qrupuna yaxın mənbə bildirib.
“İndi İstanbul razılaşmaları çərçivəsində Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsinin növbəti paritet mərhələsi baş tutub. İki Kursk sakini də Rusiyaya qaytarılıb”, – agentliyin həmsöhbəti bildirib.
O, “işlərin davam etdiyini” vurğulayıb.
İstanbulda keçirilən iki raund danışıqlardan sonra Rusiya və Ukrayna “minə min” düsturuna əsasən məhbusların dəyişdirilməsi, habelə ağır xəstə və gənc (25 yaşdan aşağı) məhbusların “hamısı hamı üçün” formatına uyğun – hər tərəfdən ən azı 1000 nəfərin qaytarılması barədə razılığa gəliblər. (Tass)