Moldova parlamentinin deputatı, müxalif “Pobeda” blokunun sədr müavini Marina Tauber TASS-a bildirib ki, məhkəmənin qərarına baxmayaraq, onun ölkəni tərk etməsinə mane olmağa çalışıblar.
Tauber Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün Sankt-Peterburqa gəlib. “Demək istəyirəm ki, sərhəddə məni buraxmamağa çalışdılar, hətta sərhəd polisinin nümayəndələrindən rəhbərlikdən hansısa bir qərar gözlədikləri barədə şərh eşitdik, baxmayaraq ki, onlara izahat verdim. Təbii ki, əlimdə yaş möhürlə sənədlərim var idi, amma kimdənsə nəsə gözləyirdilər”.
“Bu, təxminən 40 dəqiqə çəkdi, amma sonda sağlam düşüncə qalib gəldi”, – deputat əlavə etdi.
Avqustun 12-də Kişinyov məhkəməsi deputatı qanunsuz maliyyələşmədə ittiham edən antikorrupsiya prokurorluğunun tələbi ilə Tauberi 60 gün müddətinə ölkədən çıxışına qadağa qoyub. Tauber bunu hakimiyyətin müxalifətə təzyiqi kimi qiymətləndirib. Nəticədə o, avqustun 16-da Moskvada müxalif Moldova “Pobeda” blokunun üçüncü qurultayında iştirak edə bilməyib. Lakin Avrasiya Qadınlar Forumu ərəfəsində blokun mətbuat xidmətindən TASS-a bildirilib ki, Kişinyov məhkəməsi Tauberin vəkillərinin vəsatətini təmin edib və onun xaricə getməsinə icazə verib.
(Tass)