Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 27 təyyarəsini qeydə alıb. Bu barədə adanın müdafiə departamenti məlumat yayıb.
Bəyanatda qeyd edildiyi kimi, avqustun 23-də yerli vaxtla saat 07:20-dən ( Bakı vaxtı ilə 03:20) adaya yaxınlaşan 27 təyyarə, o cümlədən J-16 qırıcıları, KJ-500 erkən xəbərdarlıq təyyarələri, həmçinin pilotsuz uçuş aparatı qeydə alınıb.
İddialara görə, 23 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissəsində yerləşən hava hücumundan müdafiə identifikasiya zonasına daxil olaraq Çin gəmiləri ilə birgə döyüş patrulları həyata keçirib.
Cümə günü səhər Tayvanın müdafiə departamenti bildirib ki, son 24 saat ərzində adaya 41 təyyarə və 7 Çin gəmisi yaxınlaşıb. (Tass)