Tayvan hakimiyyəti materik Çin hakimiyyətini Tayvan boğazında sülh və sabitlik status-kvonunu pozan “hərbi təxribatları” dayandırmağa çağırıb. Bunu Tayvan administrasiyası rəhbərinin ofisinin rəsmi nümayəndəsi Quo Yahui PLA-nın ada ətrafında keçirdiyi təlimləri şərh edərkən deyib.
“Hazırda beynəlxalq ictimaiyyət arasında Tayvan boğazında və Hind-Sakit Okean regionunda sülh və sabitliyin qorunması üçün yüksək səviyyəli konsensus var. Və bu Tayvanın demokratik azadlığını təhdid edir” .
Quo Yahui həmçinin vurğulayıb ki, “regional sülh və sabitliyin qorunması Tayvan boğazının iki tərəfinin ortaq məsuliyyətidir”. (Tass)